Ağstafada yol qəzasında sürücü xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "NİVA" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq açıb. Qəza zamanı sürücü, 1974-cü il təvəllüdlü Hacı Yadigarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə