Bakıda kafe və aptekdən oğurluq edilib

Bakıda kafe və aptekdən oğurluq olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 1-nə keçən gecə Səbail rayonu ərazisindəki kafelərin birindən pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Fərzəliyev saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 2-nə keçən gecə metronun Koroğlu stansiyasında yerləşən bir aptekdən 300 manat pul oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə