Qusarda ev yanıb, bir nəfər ölüb

Qusar rayonunun Gündüzqala kəndində yanğın olub, 40 yaşlı kişi yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 150 kv.m, aynabənd və pilləkən qəfəsi taxta konstruksiyalardan ibarət) aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 260 kv.m sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə