Bakıda yanğın hadisəsi olub. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB