Avtomobil 33 yaşlı piyadanı vurub

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, 1988-ci il təvəllüdlü Əliyev Elçin Tofiq oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol aşıq baldır oynağının əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə