İçərisində uşaqların da olduğu qayıq batıb

Nigeriyada qayığın batması nəticəsində 29 nəfər həlak olub.

SİA xəbər verir ki, hadisə Badau qəsəbəsindən təxminən 5 km məsafədə yerləşən Baqvay şəhərinə gedərkən baş verib.

Məlumata görə, qayıq həddindən artıq yükləndiyi üçün çevrilib. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Cəmi 7 nəfər xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə