Yaponiyanın qərbində 5,4 bal gücündə zəlzələ olub

Dekabrın 3-də Yaponiyanın Hönşü adasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Vakayama prefekturasının şimal sahillərində, ocağı 20 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Zəlzələ Osaka, Nara və Mie prefekturalarında da hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...