Binəqədidə zəncirvari yol qəzası baş verib

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, rayon ərazisində 3 avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdən birində olan 25 yaşlı Nəcəf Hacılı və qardaşı xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə