Soyğunçu oyuncaq silah ilə mağazaya daxil oldu

Rusiyanın Ryazan şəhərində maskalı şəxs oyuncaq tapança ilə mağazaya daxil olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, müştərini içəriyə itələyən soyğunçu, ehtiyatsız hərəkəti ilə qadın kassiri cəsarətləndirib. Soyğunçu əvvəlcə böyük skamyaya tullanıb, lakin ağırlığa dözməyən skamya aşıb. Bu dəfə soyğunçu oyuncaq tapançanı kassaya tuşlayıb, lakin kassir seyfdəki pulu çıxararkən silahın oyuncaq olduğunu anlayıb. Bu dəfə kassir seyfin olduğu piştaxtanın üstünə tullanan soyğunçunu plastik stulla itələyib.

Oğurluq zamanı xeyli vaxt itirən şəxs dərhal qapının qarşısında gözləyən polislər tərəfindən nəzarətə götürülüb. Oğrunun pul qutusundan təxminən 2 min rus rublu götürdüyü müəyyən edilərkən, mağazanın təhlükəsizlik kamerası görüntüləri zamanı oğru gülüş obyektinə çevrilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə