Meksikanın şərqində qaz partlayışı olub...

... yaşayış binası tamamilə dağılıb

Meksikanın Verakrus ştatının Kordoba şəhərində yaşayış binasında qaz balonu partlayıb. Üçü uşaq olmaqla beş nəfər xəsarət və yanıq xəsarətləri alıb.

SİA-nın məlumatına görə, bu barədə "Milenio" qəzeti öz saytında xəbər verib.

Partlayış nəticəsində bina tamamilə dağılıb. Hadisənin səbəbləri barədə hələ ki, ictimaiyyətə məlumat verilməyib.

Hadisə yerinə gələn həkimlər xəsarət alanları xəstəxanaya çatdırıb, onlara lazımi köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...