İranda 4,5 bal gücündə zəlzələ olub

İranda 4,5 bal gücündə zəlzələ baş verib.

SİA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ Zəncan, Qəzvin və Həmədan əyalətlərində hiss olunub.

Zəlzələnin mərkəzi Zərrinrud bölgəsində qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Zəlzələ bölgəsində əhalinin evlərindən kənarda gecələməsi ilə bağlı xəbərdarlıq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...