Avtomobil 36 yaşlı piyadanı vurub

Abşeronda, Xırdalan şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, 1985-ci il təvəllüdlü Quliyev Musaməddin Mehdi oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun nahiyəsinin sınığı diaqnozu qoyulub. M.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə