Gəmidən havaya qalxarkən F-35 dənizə düşdü

Böyük Britaniyaya məxsus F-35B qırıcı təyyarəsi havaya qalxmağa hazırlaşarkən gəmidən dənizə düşüb.

SİA xəbər verir ki, bu barədə britaniyalı jurnalist Seb Haqqart Tvitter hesabında görüntülər paylaşıb. Belə ki, noyabrın 17-də “Kraliça Yelizaveta” təyyarədaşıyan gəmisindən havaya qalxmağa çalışan F-35B qırıcısı dənizə düşüb, pilot yüngül xəsarət alıb.

Qəzaya səbəb uçuş zamanı mühərrikdəki ştepsel olub, çünki ekipaj qırıcını uçuşa hazırlayarkən ştepselləri çıxartmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə