Saxta tibb bacısı ölkəni heyrətə saldı

Özünü illərlə tibb bacısı kimi təqdim edərək lisenziyasız xəstələrə dərman verməkdə günahlandırılan qadın, 5 min dollardan çox pulla dələduzluqda ittiham edilib. Təəccüblü idi ki, saxta tibb bacısı keçmişdə də maskalanıbmış. Vankuver polisi açıqlamasında 49 yaşlı Briqitte Kleruks, 2020-ci ilin iyunundan 2021-ci ilin iyununa qədər özünü tibb bacısı kimi təqdim etdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kleruksun tibb bacıları və müəllimlər də daxil olmaqla peşəkarları təqlid etmə tarixi 1991-ci ilə gedib çıxır. Saxta tibb bacısı həm Vankuverdə, həm də Ottavada xəstələrə sedativ və anesteziya daxil olmaqla müxtəlif əməllərdə ittiham olunub.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə