Azərbaycan çempionuna hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən ölkə çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Kinboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub. F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə