Məşhur dizayner həyatını itirib

Moda dünyasının ən məşhur dizaynerlərindən biri, 2019-cu ildə xərçəngin nadir növü olan angiosarkoma diaqnozu qoyulan Virgil Abloh 41 yaşında dünyasını dəyişib. Dahi dizayner kimi tanınan Abloh, Fransız lüks moda nəhəngi “Louis Vuitton”-un kişi geyimlərinin baş dizayneri idi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Abloh bu vəzifəyə təyin edilən ilk afroamerikalı olub. Moda, musiqi və incəsənət sahələrində fəal olan Abloh, həmçinin mühəndislik və memarlıq təhsili alıb. Louis Vuitton-un baş icraçı direktoru Bernard Arnault, “O, təkcə dahi dizayner və qabaqcıl deyil, həm də gözəl ruha malik bir müdrik idi” deyib. 2 uşaq atasının “İnstaqram” hesabından anım fotoları paylaşılıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə