Türkiyə vətəndaşı Qazaxda dünyasını dəyişib

Qazaxda Türkiyə Respublikasının vətəndaşı, 61 yaşlı Hilal Kəskin ürək tutmasından dünyasını dəyişib.

SİA-nın yerli bürosunun məlumatına görə, ölüm hadisəsi “Qırmızı Körpü”də qeydə alınıb

Dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Müayinə zamanı onun öldüyü məlum olub. Məlumata görə, Türkiyə vətəndaşı ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, H.Kəskinin sürücü olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...