Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərin birində qaydaların pozulması halı aşkarlanıb.

Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, tədbirlər zamanı obyektdə olanlar arasında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən vətəndaşlar müəyyən edilib və onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə