Samuxda piyadanı maşın vurub

Samuxda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "QAZel" markalı avtomobil yolu keçmək istəyən İlqar Quliyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə