Saxta əskinasları verməkdə şübhəli bilinən şəxs saxlanılıb

Saxta əskinasları verməkdə şübhəli bilinən şəxs saxlanılıb

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə oktyabrın 28-də Hövsan qəsəbəsində yerləşən marketlərin birinə bir nəfərin 2 ədəd 50 və 3 ədəd 100 manatlıq saxta əskinas verməsi barədə məlumat daxil olub. DİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Şahverdiyev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə