Koronavirus xəstələri ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

Noyabrın 25-də respublika ərazisində iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə