Ötən gün 211 toy şənliyinin monitorinqi aparılıb

Ötən gün 211 toy şənliyinin monitorinqi aparılıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 26-da Bakıda və respublikanın digər ərazilərində 211 toy şənliyinin monitorinqini aparıblar. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, monitorinqlər 206 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə yeddi nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 219 nəfər toy şənliklərinə buraxılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə