Avtomobil gənc qızın ayaqlarını sındırıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

SIA-nın xəbərinə görə, hadisə Maştağa qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Mehdiyeva Minayə Hacı qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı hər iki ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə