Ötən sutka ərzində 30 halda yanğına çıxış baş verib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 30 halda yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma faktları ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib. FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.

Sutka ərzində 7 nəfər, o cümlədən Kürdəmir rayonunda “Kamaz” və “Mercedes-Benz Atego” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlu xilas edilib. Həmçinin yanğın zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...