Bakının Xəzər rayonunda yol qəzası bir nəfərin xəsarətinə səbəb olub.
SİA xəbər verir ki, olay Şüvəlan qəsəbəsində baş verib.
1955-ci il təvəllüdlü Məmmədova Ədilə Rzabala qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB