Belqrad yaxınlığında, dolu buludları ilə mübarizə aparmaq üçün raket istehsal edən fabrikində baş verən partlayış nəticəsində iki nəfər ölüb, 15 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə yerli mediaya məlumat yayıb.
Məlumata görə, yerli vaxtla təxminən saat 14.00-da Buban Potok ərazisində güclü partlayış baş verib. Ehtimallara görə, partlayış Leştan kəndindəki “Edepro” dolu əleyhinə raket zavodunda baş verib. Sosial şəbəkələrdə tüstü buludunun görüntüləri yayılıb. Daxili İşlər Nazirliyindən yerli mətbuata verilən məlumata görə, hadisə yerinə 11 texnika və 36 yanğınsöndürən cəlb olunub.
“Bizim öyrənə bildiyimiz kimi, Leştandakı partlayış nəticəsində 15 nəfər yaralanıb, iki nəfər həlak olub”, deyə yerli “Veçerne Novosti” qəzetinin portalı yazır.
Yerli kütləvi informasiya vasitələrinin digər məlumatına görə, zavodun qarşısındakı dayanacaqda avtomobillər yanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB