Uşaqlar ərişdədən zəhərləniblər

Uşaqlar ərişdədən zəhərləniblər

Cənubi Afrikanın Mpumalanqa şəhərində yaşayan 13 yaşlı Kemogetsve Makofane və onun doqquz yaşlı bacısı Tato Makofanenin son həftələrdə yedikləri hazır əriştə səbəbiylə zəhərləndiyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, mədə sancısı ilə xəstəxanaya yerləşdirilən uşaqlar bir həftə içində ölüblər.

Uşaqların əmisi Mifo Çozen Makofane “Valideynlərə səslənirəm, xahiş edirəm, uşaqlarınıza bu yeməyi verərkən diqqətli olun. Mümkünsə, daha təbii şeylərə üstünlük versinlər” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə