Xəzər dənizində narkotik vasitə tapılıb FOTO

Xəzər dənizində narkotik vasitə tapılıb FOTO

Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.

SİA Dövlət Sərhəd Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə