Yanğın zamanı xəsarət alan qadın ölüb

Yanğın zamanı xəsarət alan qadın ölüb

Bakının Yasamal rayonunda bir həftə əvvəl baş vermiş yanğın zamanı xəsarət alan 83 yaşlı qadın xəstəxanada ölüb.

SİA xəbər verir ki, 1939-cu il təvəllüdlü Aliyyə İsayeva yerləşdirildiyi Yanıq Mərkəzində aldığı yanıq xəsarətlərindən bu gün dünyasını dəyişib.

Xatırladaq ki, noyabrın 16-da Yeni Yasamal yaşayış sahəsindəki çox mərtəbəli binada yanğın hadisəsi olub. A.İsayeva həmin hadisə zamanı xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə