Gəncədə zəhərlənmə faktı qeydə alınıb. SİA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü İsmayılova Lalə zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib.
Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, 31 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Qeyd edək ki, 2 gün bundan əvvəl Gəncədə bir ailədən 7 nəfər dəm qazından zəhərlənmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB