...28 nəfər təxliyə edilib
İnternat-məktəbində yanğın...

Rusiyanın Orenburq vilayətinin Novotroitsk şəhərində yerləşən görmə məhdudiyyətli uşaqların təhsil aldığı internat-məktəbdə yanğın baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına istinadən xəbər verir ki, yanğın zamanı 20-si uşaq olmaqla 28 nəfər təxliyə edilib.

Alov məktəbin girişdəki tavanında başlayıb. Yanğının söndürülməsinə 41 nəfər və 15 texnika cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə