ABŞ-ın Kaliforniya ştatının Uolnut Krik şəhərində təxminən 80 nəfər geyim mağazasını qarət etməkdə şübhəli bilinir.
Bu barədə yerli polis bildirib. "Nordstrom” mağazasının işçiləri təxminən 80 nəfərin mağazaya daxil olmasından və dərhal məhsulları qarət etməyə başlamalarından sonra 911-ə zəng etməyə başlayıblar", - yerli polisin tvitterdəki mikrobloqunda yayılan açıqlamasında deyilir.
Polisin bildirdiyinə görə, oğurluq cümə günü axşam baş verib. Xəbərdə deyilir ki, qarətçilər iki işçiyə hücum ediblər.
Tezliklə hadisə yerinə gələn polis əməkdaşları içində iki şübhəli şəxsin olduğu avtomobili saxlayıblar. Polisin bildirdiyinə görə, üçüncü şübhəli qarət edilmiş əşyalarla birlikdə mağazanın yaxınlığında saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB