Bakının Nəsimi rayonunda yol qəzası zamanı sərnişin xəsarət alıb.
SİA xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.
“Toyota” markalı avtomobili idarə edən Murad Ağayev ara məsafəsi saxlamadığına görə ona məxsus nəqliyyat vasitəsi “Hyundai” markalı maşına çırpılıb. Qəza nəticəsində “Toyota”-da olan bir nəfər xəsarət alıb.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB