Saatlıda velosipedlə hərəkətdə olan əmioğlularını avtomobil vurub.
SİA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Şirinbəyli kəndində baş verib.
Hərəkətdə olan velosipeddəki Şirinbəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlunu “VAZ-2107” markalı avtomobil vurub. Hər iki yeniyetmə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, sürücüsü nəqliyyat vasitəsini sərxoş halda idarə edirmiş. Faktla bağlı Saatlı polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB