....İkinci Dünya müharibəsinə aid bombaya görə sakinlər təxliyə edilib
Çexiyanın şimal-şərqindəki Ostrava şəhərinin Plesna yaşayış massivində İkinci Dünya müharibəsindən qalmış 100 kiloqramlıq bomba aşkarlanıb.
Bomba həyəcanı ilə əlaqədar təxminən 1,3 min insan təxliyə edilib.
Bombanı evinin yaxınlığında torpaq qazan bir şəxs tapıb və tapıntı barədə polisə məlumat verib. Əraziyə çağırılan istehkamçılar 800 metr radiusda ərazinin bütün sakinlərinin təxliyə edilməsi barədə göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB