33 yaşlı qadın dəm qazından zəhərlənib

33 yaşlı qadın dəm qazından zəhərlənib

Sumqayıt şəhərində zəhərlənmə hadisəsi baş verib.

Qeyd edək ki, hadisə 15-ci məhəllədə qeydə alınıb. Belə ki, 33 yaşlı Roza Bayramova məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı peşə məktəbinin binasında dəm qazından zəhərlənib.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə