Polis maşını velosipedçini vuraraq öldürüb

Polis maşını velosipedçini vuraraq öldürüb

Ötən gün axşam saatlarında Göyçay rayonunda ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın yerli bürosunun xəbərinə görə Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşı, Göyçayın Potu kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Cavid oğlu xidməti avtomobillə hərəkətdə olarkən Göyçay şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçini, 1992-ci il təvəllüdlü Qurbanov Fərid Bayram oğlunu vurub.

O, aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə