Bu gün axşam saatlarında Göyçay rayonunda "VAZ 2107", "VAZ 2106" və "Mercedes Ateco" markalı avtomobillərin zəncirvarı qəzası zamanı ölən şəxsin kimliyi məlum olub.
SİA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı 50-DS-952 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Göyçay rayonu Yeniarx kənd sakini, 1994-cü il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
***
18:12
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107", "VAZ-2106" və "Mercedes Ateco" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB