ABŞ-ın Merilend ştatının Kembric şəhərində axşam saatlarında baş verən atışmada azı bir nəfər həlak olub.
SİA xəbər verir ki, bu barədə “WMDT” telekanalı yerli polis idarəsinə istinadən məlumat yayıb.
Polis vətəndaşları hadisə yerindən uzaq durmağa çağırıb.
Atışmanın hansı səbəbdən baş verdiyi barədə təfərrüatlar verilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB