Bakı sakini bıçaqlanıb...

Bakının Nizami rayonunda küçədə bir nəfər bıçaqlanıb.
SİA xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində yerləşən doğum evinin həyətində qeydə alınıb.

1993-cü il təvəllüdlü Abdulov Kamran Şakir oğlu naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə