Meksikada 10 nəfər öldürülüb...

Deyilənə görə, ölənlər kimi, öldürənlər də məlum deyil...
Meksikada 10 nəfər öldürülüb...

Meksikanın Zakatakas ştatının Kuautemok bölgəsində 10 nəfər qətlə yetirilib.

SİA xəbər verir ki, bu barədə Regional Sülh və Təhlükəsizlik Komissiyasının yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, cəsədlərdən 9-u federal magistralın üzərindəki piyada körpüsünün altında, digər biri isə yolda tapılıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Qətllə bağlı bölgədəki cinayətkar dəstələrdən heç biri məsuliyyəti öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə