Cani kişi ilə qadını öldürüb və ətlərini bişirərək yedi - ŞOK OLAY
Rusiyada 32 yaşlı Vladimir Yadne, 3 nəfəri öldürüb onların ətini yediyinə görə ömürlük həbs cəzasına məhkum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vladimir, eyni gecə Sibirin Qaz-Sale kəndində iki kişi və bir qadın olmaqla üç qurbanını öldürüb. O, bıçaqla öldürdüyü kişi ilə qadını evinə aparıb və ətlərini bişirərək spirtli içki ilə yeyib.
Ötən ilin martında baş verən hadisədən bir neçə saat sonra o, gecə yarısı çölə çıxıb və başqa bir adamı öldürdükdən sonra ətini yeyib. Məhkəmənin hökmü ilə ömürlük həbs cəzası verilən Vladimir cəzasını şəraitin ən ağır olduğu həbsxanada çəkəcək.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB