Göyçay sakini həmyerlisini bıçaqlayıb

Göyçay sakini həmyerlisini bıçaqlayıb

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

SİA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam Göyçay şəhərində qeydə alınıb.

Rayon sakini Hüseynov Fərid Rza oğlu həmyerlisi Məmmədov Vüsal Elçin oğlunu bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal Məmmədov Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə