Bakıda körpü üzərində qəza baş verib...

...xəsarət alanlar var
Bakıda körpü üzərində qəza baş verib...

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə aeroport şosesindəki körpünün üzərində baş verib.

Natiq Əzimov idarə etdiyi “Vaz-21015” markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsini eyni istiqamətdə gedən Pərviz İbadova məxsus “Kia” markalı maşına çırpıb. Qəza nəticəsində hər iki sürücü və “Vaz-21015”-də olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməldaşları cəlb edilib.
Qəzaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə