... ölən və yaralananalar var
Miqrant daşıyan avtobus aşıb...

Serbiyanın Pirot şəhəri yaxınlığında miqrantları daşıyan avtobus aşıb.

SİA “Tanjug” portalına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yaralıların əksəriyyəti azyaşlılardır.

Faktla bağlı cinayət işi başlanıb.

Pirot polisi avtobus sürücüsünü həbs edib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, sürücü sürət həddini pozaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtobus aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə