Təyyarə qəzaya uğrayıb 1 UŞAQ SAĞ QALIB

Təyyarə qəzaya uğrayıb 1 UŞAQ SAĞ QALIB

ABŞ-ın Miçiqan ştatında “Island Airways”-in iki mühərrikli “Britten Norman BN-2A” təyyarəsi qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə təyyarə Beaver adasındakı Velke hava limanına enərkən qəzaya uğrayıb. 15 dəqiqə havada qalan təyyarənin göyərtəsində 4 nəfər varmış. Qəzadan sağ qalan yeganə şəxs 11 yaşlı məktəbli olub.

Məktəbli qızın və ağır yaralanan yaşlı bir adamın xəstəxanaya aparıldığı qeyd edilir. Bildirilir ki, xəstəxanaya aparılan yaşlı adam bir qədər sonra ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə