Bir çox tarixi və macəra romanlarının müəllifi, Cənubi Afrikadan olan yazıçı Vilbur Smit 88 yaşında Keyptaundakı evində vəfat edib.
Yazıçının ilk uğuru 1964-cü ildə nəşr olunan və Kortni ailəsinin həyatından bəhs edən silsilə kitabların yaranmasına səbəb olan romanı ("Aslan qidalananda") olub. Sonrakı illərdə onun otuz dilə tərcümə edilmiş romanlarının 140 milyon nüsxədən çoxu bütün dünyada satılıb.
Qeyd edək ki, V. Smit 9 yanvar 1933-cü ildə Şimali Rodeziyada İngiltərədən gələn mühacir ailəsində anadan olub. O, adını Rayt qardaşlarının ən böyüyü Uilbur Raytın şərəfinə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB