Polis əməkdaşına xəsarət yetirərək məsuliyyətdən yayınmaq istəyən sürücü saxlanılıb.
SİA xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli deyib.
O bildirib ki, polis əməkdaşına xəsarət yetirməklə, yayınmaq istəyən “Opel Astra” markalı, 99 NT 712 dövlət qeydiyyat nişanlı avtomobilin sürücusü Məmmədov Şirxan Alik oğlu aşkarlanaraq saxlanılıb.
Saxlanılan zaman sürücünün psixatrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkarlanıb. Sürücünün verdiyi izahat və toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə təqdim edilib. Nəsimi rayonunda baş tutmuş məhkəmədə hakim tərəfindən sürücü Məmmədov Şirxan Alik oğlu iki ay inzibati həbs və bir il sürücülük hüququndan məhrum olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB