Bakıda iki avtomobil toqquşub

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xəzər rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Abdullayev Nazim Surxay oğlu və 1990-cı il təvəllüdlü Kazımov Fariz Füzuli oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə