Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb

Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb

Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb.

Hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib. Məlumata görə, repetitor yanına getmək üçün evdən çıxan Elcan Quliyev ünvana çatmayıb. Onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.

Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə